AZ

Xanımı Aftandil İsrafilovdan danışdı: "Deyirdim ki, qonşular eşidir, ayıbdır"

"Aftandil çox gözəl insan idi. Biz onun üçün çox darıxırıq (ağlayır). Nəvələrimiz bizə gələndə məni öpüb deyirlər ki, babamız olsaydı, onu da öpərdik. Onlara söylədim ki, babanız artıq yoxdur. Onlar da babaları üçün çox darıxırlar".

Milli.Az axşam.az-a istadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Aftandil İsrafilovun həyat yoldaşı Zemfira İsrafilova "O öz" verilişində deyib. O, qarmon ifaçısından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Aftandil gecələr yatırdı, beyninə musiqi gəlirdi. Gecənin bir yarısı durub pianoda ifa edirdi. Deyirdim ki, qonşular eşidir, ayıbdır. Cavab verirdi ki, indi çalmasam, bu musiqi sonra yadımdan çıxacaq. İnanmıram ki, Aftandil yoxdur. Elə bilirəm ki, o haradasa qastroldadır, gedib, gələcək. Qızları ondan soruşurdular ki, haran ağrıyır. Deyirdi, hər şey yaxşıdır. Heç zaman ölümdən danışmırdı. Deyirdi ki, ölümdən danışmayın.

Aftandil 20 il əvvəl qəzaya düşmüşdü. Ayağında qips xəstəxanadan çıxmışdı. Deyirdi ki, səhnəyə qayıdıb musiqilər ifa edəcək. O deyirdi ki, əvvəlcə qarmonumu qoyun. Yerə qədər süfrə salırdılar ki, ayağının qipsdə olmasını heç kim görməsin. Aftandil yalnız işləyib uşaqlarına və evə pul gətirməyi fikirləşirdi. Xaricdə qalanda deyirdi ki, ürəyim partlayır evə istəyirəm. O evinə bağlı insan idi. Onsuz çox çətindir".

Z.İsrafilova onu son görməsindən bəhs edib:

"Aftandil düz bir ay reanimasiya qaldı. O zaman getdim yanına ondan soruşdum ki, Afi, məni eşidirsən? Həkim dedi ki, eşitmir. Səhəri gün dünyasını dəyişdi. O heç zaman bizi incitməyib. Onun həyatı toylarda keçdi. Bütün dünyanı Xalq artisti Zeynəb Xanlarova ilə gəzdi. Hətta qızım ona deyirdi ki, getmə toya. Onun kimi insan bir də həyatda olmayacaq". 

Qeyd edək ki, A.İsrafilov 2023-cü ilin aprelində vəfat edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12995
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10304
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4659
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4346
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3453
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3251
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2749
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2430
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2180
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1659
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1154
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1000
Mayın ilk gününün havası açıqlanıb
923
Arda dubl etdi - VİDEO
817
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813