AZ

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Papua əyalətinin Fakfak bölgəsi sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Fakfak bölgəsindən 153 kilometr cənub-qərbdə olduğunu açıqlayıb. Zəlzələ 12,1 kilometr dərinlikdə qeydə alınıb.İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
147
5
Mənbələr
Şərh ()
Bağla