AZ

ABŞ, Aİ və Böyük Britaniya Putinin andiçmə mərasimində iştirakdan imtina edib

ABŞ, Böyük Britaniya, Kanada və Aİ-nin 20 üzvü Ukraynadakı müharibə ilə əlaqədar mayın 7-də Vladimir Putinin Rusiya prezidenti kimi andiçmə mərasimini boykot edəcəklərini elan ediblər.

Ednews xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, "Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq" dedi. O qeyd edib ki, Vaşinqton Putinin beşinci müddətə prezident seçilməsini təmin etmək üçün Rusiyada baş verən proseduru “azad və ədalətli seçki” hesab etmir. Eyni zamanda, Millerin sözlərinə görə, Amerika hakimiyyəti Putinin Rusiya prezidenti kimi fəaliyyətini davam etdirəcəyi ilə hesablaşmağa hazırdır.

Aİ-nin xarici siyasət sözçüsü Peter Stano bildirib ki, Aİ səfiri də mərasimdə olmayacaq. Böyük Britaniya və Kanada da oxşar bəyanatlar veriblər.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
50
ednews.net

10Mənbələr