AZ

“Express Lombard” ötən il mənfəət edib

“Express Lombard” ASC 2023-cü ili 135 791 manat mənfəətlə başa vurub. 2022-ci ildə lombard şirkətinin mənfəəti 64 386 manat olub ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il şirkətin 2023-cü il üzrə gəliri –520 440 manat, 2022-ci il üzrə gəliri –381 120 manat 2021-ci il üzrə gəliri –31 507 manat olub.

Hesabat dövründə “Express Lombard”ın cəmi aktivləri 80 767 manatdan 221 886 manata, cəmi öhdəlikləri 80 757 manatdan 82 095 manata, cəmi kapitalı isə 10 manatdan 139 791 manata çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
7
Mənbələr
Şərh ()
Bağla