AZ

Kreml düyməni basdı: Erməni diasporu və kilsə Paşinyana qarşı

Rusiya Erməniləri İttifaqı Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə Nikol Paşinyan hakimiyyətinə qarşı davam edən aksiyaları dəstəkləyən bəyanat yayıb.

Qurum erməniləri Ermənistanda hakimiyyəti devirmək üçün birləşməyə çağırıb.

“Rusiya Erməniləri İttifaqı Ermənistanın davam edən təmizlənmə prosesinə qeyd-şərtsiz dəstəyini ifadə edir və sosial statusundan, partiya mənsubiyyətindən və yaşayış yerindən asılı olmayaraq hər bir ermənini Baqrat Srbazanın başçılıq etdiyi vətənpərvərlik hərəkatına qoşulmağa çağırır.

Heç bir şəxsi ambisiya, rəğbət və ya antipatiya bu gün Ermənistanın azad edilməsi prosesində kiminsə biganəliyinə və iştirak etməməsinə haqq qazandırmır. Bu, hamıya aiddir. İnşaatçıya da, əkinçiyə də, tələbəyə və ya ofisianta da, xüsusilə ziyalılara və biznes elitasının nümayəndələrinə də.

Sizin susmağınız Paşinyan hökumətinə ictimai şüuru manipulyasiya etməyə, məğlubiyyət hissləri aşılamağa, insanları alçaldıcı sazişə itaət etdirmək üçün qorxutmağa imkan verib. Amma bu gün elə bir məqam gəlib çatıb ki, sizin susmağınız milli və dövlət maraqlarına xəyanətə şərik olmağa bərabərdir. Dünən eşidilməyən səsiniz bu gün aydın eşidilməlidir. Sabah gec olacaq.

Mənəvi-psixoloji soyqırıma məruz qalan, dərin dram yaşayan xalqımız buna baxmayaraq, nə cür kinli oyunlara, manipulyasiyalara, aldatmalara məruz qaldığını anlamağa başlayır. Lakin vəziyyəti dəyişmək və heç kim Paşinyana xalqa və konstitusiyaya zidd hərəkətlərə görə torpaqlarımızı təslim etmək, onu zəngin tariximizdən, ənənələrimizdən əl çəkməyə məcbur etmək üçün mandat vermədiyini sübut etmək üçün bütün gücümüz və resurslarımız var” - müraciətdə belə deyilir.

Qeyd edək ki, Rusiya ermənilərinin adından yaılan bu bəyanat Ermənistan hakimiyyətinə qarşı etirazların Moskvadan idarə olunduğunu bir daha təsdiq edir.

Xüsusilə də proseslərin mərkəzində Eçmiədzin kilsəsinin əsas yer tutması əslində, aksiyaların xaricdəki erməni diasporu ilə bağlılığını da göstərir. Artıq sözügedən bəyanat kilsənin siyasi təlimatı Rusiyadakı erməni diasporundan aldığını deməyə əsas verir.

Lakin bütün hallarda hadisələrin siyasi ssenarisinin ilkin mənbəyinin Kreml olduğu şübhə doğurmur. Erməni diasponunun və kilsənin Paşinyan hakimiyyətinə qarşı aksiyalara cəlb edilməsi də eyni planın tərkib hissəsidir. Baş nazir Nikol Paşinyanın Prezident Vladimir Putinlə görüşmək üçün Rusiyaya nəzərdə tutulan səfərindən bir gün əvvəl diasporun adından yayılan bəyanat təsadüfi sayıla bilməz. 

Çox güman ki, Kremlin erməniləri siyasi cəhətdən səfərbər etməsi Paşinyana təzyiq məqsədi daşıyır. Çünki Ermənistan-Rusiya münasibətlərinin gələcək inkişafı bu görüşün nəticələrindən asılıdır. Vladimir Putin Nikol Paşinyanı Qərbyönümlü xarici siyasət kursundan, Ermənistanın Kollektiv Təhlükəslik Müqaviləsi Təşkilatından çıxmaq niyyətindən daşınmağa və ikitərəfli münasibətlərdə əvvəlki siyasi iyerarxiyanı saxlamağın vacibliyinə inandırmağa çalışacaq. 

Əks təqdirdə, Putin Rusiyanın Cənubi Qafqazdakı maraqlarından imtina etməyəcəyi və Ermənistanın təhlükəsizliyinin təhdid altına düşəcəyi barədə Paşinyana xəbərdarlıq edəcək. Lakin Paşinyanın Putinlə ümumi mövqeyə gələcəyi ehtimalı azdır. Paşinyan xarici siyasətdə Rusiya və Ermənistanın bir -birinin daxili işlərinə qarışmamaq prinsipinə üstünlük verməli olduğunu düşünür. 

İlk dəfə 2018-ci ildə hakimiyyətə gəldikdən sonra bu fikri Paşinyanla ilk görüşündə onun diqqətinə çatdırıb. Buna baxmayaraq, həmin dövrdə Ermənistanın Rusiya ilə münasibətləri paritet əsaslarla qurması mümkün deyildi. 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra Rusiyanın Cənubi Qafqazda geosiyasi təsirinin azalması və Qərbin regiona diqqətinin artmasından istifadə edən  Paşinyan indi Ermənistanın başqa dövlətin forpostu olmamasının vacibliyindən danışır. 

Ona görə də böyük ehtimalla, Paşinyan Putinlə görüşündə Ermənistanın daxili işlərinə qarışmamağın ikitərəfli münasibətlər üçün faydalı olacağını söyləyə bilər. Yəni Baş nazir rəsmi İrəvanın Qərblə artan əlaqələrinin və təhlükəsizliyin diversifikasiyası istiqaməsində atdığı addımların Rusiyanın əleyhinə yönəlmədiyini, Ermənistanın daxili məsələsi olduğunu deyəcək.

Əks təqdirdə, Putinlə müəyyən razılaşmalara getmək Paşinyanın Qərbdən artan siyasi və iqtisadi dəstəyinin dayanmasına səbəb ola bilər. Bu isə təkbətək danışıqların  nəticəsiz başa çatacağını proqnozlaşdırmağa əsas verir. Nəticədə, Rusiya-Ermənistan münasibətləri daha gərgin mərhələyə daxil olacaq.

Yaxın perspektivdə Ermənistanda aksiyaların davam etməsi fonunda hakimiyyət-kilsə qarşıdurması gözləniləndir. Paşinyanın bütün proseslərə erməni qriqoryan kilsəninin rəhbəri II Qareginin başçılıq etməsi və onun benifisiarının eks-prezident Robery Köçəryan olması barədə dedikləri Ermənistanda Rusiyayönümlü müxalifət Qərb tərəfdarı olan hakimiyyət arasında siyasi qarşıdurmanın güclənəcəyinə işarədir. Ancaq hakimiyyətdən fərqli olaraq, kilsənin dəstəyinə arxalanan müxalifətin reytinqi siyasi vəziyyəti öz xeyrinə dəyişəcək səviyyədə deyil və çox zəifdir.

Hətta sabiq prezident Serj Sarkisyan da Robert Köçəryanın hakimiyyətə qayıtmaq niyyəti qəbul etmir və bu xüsusda aralarında ciddi narazılıq var. Daxili resursları xeyli zəif və pərakəndə olan Ermənistan müxalifəti daha çox Rusiyaya arxalanır. Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə aksiyaların təşkilində Rusiya Provaslav Kilsəsinin də məxfi iştirakı məlum məsələdir.

Yəni kilsə Paşinyan hakimiyyəti üçün potenmsial təhlükə mənbəyi olaraq qalır. Ona görə də Paşinyanın ölkənin qəbul olunacaq konstitusiyası ilə kilsənin siyasətə müdaxiləsini məhdudlaşdıracağı ehtimal edilir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
38
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23337
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16120
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14552
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
9849
Helikopterin qalıqları tapılıb
9839
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7218
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5418
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5329
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4177
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4075
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3639
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2160
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702