AZ

Ayrılan kimi başqasını tapan bürclər – Onlarla münasibət qurmaq çətindir

Elə insanlar var ki, onlara etibar etmək olmaz, vəfasızdırlar. Onlar hətta həyatında əhəmiyyət kəsb edən şəxsləri də asanlıqla başqa biri ilə əvəzləyirlər. Astroloqlar, bunu bəzi bürclərin xarakterlərinə aid edirlər.

Yenisabah.az partnyorunu asanlıqla unudub, həmin anda yeni münasibətə yelkən açan bürcləri təqdim edir:

ƏKİZLƏR

Şən, əyləncəli və ünsiyyətcil bürc olan Əkizlər dostluqda yaxşı olsalar da, münasibətdə qəliz insanlardır. Çünki onlar asanlıqla birinə bağlana bilmir, kimisə həyatının zirvəsinə yerləşdirmək istəmirlər. Buna görə də Əkizlər insanları aşiq halda görmək bir az çətindir. Onlar özlərini hər kəsdən çox sevdikləri üçün üzücü situasiyalardan qaçmağa çalışırlar. Ayrıldıqda eşq acısı çəkmək yerinə yeni partnyor tapıb, həyatlarına davam edirlər.

TƏRƏZİ

Bu bürcdən olan insanlar hər kəslə asanlıqla dil tapır. Ünsiyyətcil olmaları ilə yanaşı, həm də kimisə özlərinə cəlb etmək üçün nazlı davranışlar sərgiləməkdən qaçınmırlar. Daim diqqət mərkəzində olmağı xoşlayan Tərəzilər münasibətlərdə ciddilik yox, xoşbəxtlik və əyləncə axtarırlar. Bu səbəbdən bir neçə insanı eyni anda idarə edə bilirlər. Vəfasız bürclər sırasında olub, çətin aşiq olsalar da, əgər həqiqətən sevirlərsə, o şəxsi heç kimə dəyişmək istəməzlər. Təbii ki, hər hansı xoşagəlməz vəziyyətlər ortaya çıxmazsa, bu münasibət uzun müddət davam edəcəkdir.

BALIQ

Balıq bürcü deyəndə ilk ağla gələn şey emosionallıq və dəyişkənlikdir. Bu bürcün sahibləri tez-tez fikir dəyişmək və xəyalpərəst olmaqları ilə tanınır. Balıq bürcündən olan qadınlar partnyorlarına sadiq qalsalar da, kişiləri üçün eyni sözü demək mümkün deyil. Çünki bu bürcün kişi nümayəndələri ciddi münasibətlərdən xoşlanmır. Sadiq olmaq onlara sıxıcı və çətin gəlir. Ancaq çox az bir faiz var ki, həqiqətən sevərsə, bir ömür həmin insanla vaxt keçirməkdən sıxılmırlar.

Aytac Şahin


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
26
yenisabah.az

10Mənbələr