AZ

Azərbaycanda qaz istehlakı 4 %-ə yaxın artıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda təbii qazın istehlakı 4 milyard 930 milyon 836 min kubmetr təşkil edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin I rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəriciləri üzrə hesabatda deyilir.

Təbii qaz istehlakı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 794 min kubmetr və ya 3,6 % artıb.

Qeyd edək ki, ötən ilin birinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 4 milyard 761 milyon 042 min kubmetr təşkil edib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
203
5
Mənbələr
Şərh ()
Bağla