AZ

Keşiş Paşinyana istefaya getməsi üçün zaman verdi - "Nikolun 19:40-a qədər zamanı var" - FOTO

Sərhəd etirazçıları artıq İrəvanın mərkəzində, Respublika Meydanında aksiyaya başlayıblar.



Aksiyaya İrəvandan da qatılanlar var. Belə ki, İrəvan müxalifəti, o cümlədən Rusiyaya bağlı ayrı-ayrı qrup və təşkilatlar keşiş Baqrat Qalstanyanın etiraz aksiyasına qoşulublar. Mitinqdə çıxış edən Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyana istefaya getmək üçün bir saat (İrəvan vaxtı ilə 19:40-a kimi) vaxt verib.


"Mən 1 saat ərzində görüşməyə və istefa üçün bütün şərtləri müzakirə etməyə hazıram. Sizin Ermənistan Respublikasında artıq heç bir səlahiyyətiniz yoxdur", - deyə keşiş bildirib.


Hələlik bununla bağlı Ermənistan liderinin heç bir reaksiyası yoxdur.//Musavat.com





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
28
oxu.az

10Mənbələr