AZ

Xəzər rayonunda Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edildi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Əbədiyaşar Dahi” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov bildiriblər ki, həm SSRİ, həm də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyəti yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə inkişaf edərək tərəqqi yoluna çıxıb, bütün sahələrdə mühüm uğurlar, parlaq nəticələr əldə olunub.

Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanın Heydər Əliyev ideyalarının təntənəsi olduğu qeyd edilib.

Tədbir bədii hissə ilə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
50
Mənbələr
Şərh ()
Bağla