AZ

Ermənistan və Qazaxıstan xarici işlər nazirləri Almatıda görüş keçirib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

BiG.AZ xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Qazaxıstan arasında yüksək səviyyəli siyasi dialoqun inkişaf dinamikasını məmnunluqla qeyd ediblər. Qazaxıstan prezidentinin aprel ayında İrəvana səfəri zamanı aparılan müzakirələrdən sonra ikitərəfli gündəliyin mövzuları müzakirə olunub.

Həmsöhbətlər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün Qazaxıstan platformasında, xüsusilə Almatı şəhərində keçirilməsinin simvolik mahiyyəti 1991-ci il Alma-Ata Bəyannaməsinin Ermənistan arasında münasibətlərin normallaşması prosesində əhəmiyyəti nəzərə alınmaqla vurğulanıb.
Regional iqtisadi və nəqliyyat kommunikasiyalarının inkişafı məsələlərinə toxunulub.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
233
49
Mənbələr
Şərh ()
Bağla