AZ

Gürcüstanda qalmaqallı qanuna dəyişiklik edilə bilər

Gürcüstanda xarici agentlər haqqında qanuna dəyişikliklər edilə bilər.

Publika.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə prezidenti Salome Zurabişvilinin veto qoymasından sonra hakimiyyətin beynəlxalq tərəfdaşların köməyi ilə xarici agentlər haqqında qanun layihəsinə dəyişiklik edə biləcəyini istisna etməyib.

Kobaxidze jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib:

“Məndə belə təəssürat yaranıb ki, hazırda xarici agentlər haqqında qanunun müddəaları ilə bağlı müzakirələrə hazırlıq var. Mən tərəfdaşlarımıza izah etdim ki, veto prosedurları çərçivəsində biz mövqelərimizi müqayisə edə bilərik. Əgər prezident konkret qanun layihəsinə veto qoysa, mən də öz əsaslandırılmış şərhlərimi parlamentə göndərməli olacam".

Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Bu səbəblə ölkədə etiraz aksiyaları keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
50

1Mənbələr

Şərh ()
Bağla