AZ

“NATO-nun sammitində Ukraynanın üzvlüyüylə bağlı qərar qəbul edilməyəcək”


“İyulda Vaşinqtonda keçiriləcək NATO sammitinin iştirakçıları Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərar qəbul etməyəcəklər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel “Die Presse” qəzetinə müsahibəsində bildirib.
“Vaşinqtonda keçiriləcək sammitdə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul edilməyəcək, lakin daha çox ölkə ikitərəfli razılaşmalarda Ukraynaya təhlükəsizlik zəmanəti verəcək”, - siyasətçi bildirib.
Onun sözlərinə görə, indi heç kim gələcəkdə Ukraynanın NATO-ya daxil olacağı ilə bağlı mübahisə etmir:
“Lakin biz ruslara başa salmalıyıq ki, Ukraynanın NATO-ya üzv olması Rusiya üçün birbaşa təhlükə yaratmır”.
Qeyd edək ki, Birləşmiş Ştatlar 2024-cü il iyulun 9, 10 və 11-də Vaşinqtonda alyans sammitinə ev sahibliyi edəcək. Sammitə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
48
yeniavaz.com

10Mənbələr