AZ

İranda baş verən zəlzələdə xəsarət alanlar var - 300 evə ziyan dəyib

İranın Fars əyalətinin Ahel şəhərində 4,6 və 2,8 bal gücündə iki zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

Tehran Universitetinin Seysmoloji Mərkəzinin məlumatına görə, 4,6 bal gücündə birinci zəlzələ Fars əyalətinin Ahel rayonunda qeydə alınıb, ikincisi isə afterşok kimi görünüb.  Zəlzələlər yer səthindən 22 və 10 kilometr dərinlikdə baş verib.

Zəlzələnin episentrində yerləşən Aşkenan rayonunun rəsmisi bildirib ki, zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, yaxınlıqdakı 300-dən çox evin zərər gördüyünü açıqlayıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
10
bakivaxti.az

10Mənbələr