AZ

Tbilisidə etirazçılar Rustaveli prospektini bağlayıblar

Gürcüstanın paytaxtı Tbilsiidə xarici agentlər haqqında qanun layihəsinin əleyhdarları yenidən parlament binasınının qarşısına toplaşaraq etiraz ediblər. 

Bakıvaxtı.az xəbər verir ki, aksiya iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.

    Artıq məlumdur ki, hüquq məsələləri komitəsinin iclasında parlamentin qanun layihəsinə üçüncü oxunuşda baxılmasının qarşısını almaq üçün mitinq iştirakçıları gecəni prospektdə keçirəcəklər.

    Polis parlament binasının kənarlarında yerləşən qapıları möhkəmləndirib.

    Qeyd edək ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirdiyinə görə, mayın 14-də ölkənin qanunverici orqanı xarici agentlər haqqında qanuna üçüncü oxunuşda baxacaq. (Apa)

    Bütün xəbərləri reklamsız oxumaq üçün

    Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    158
    36
    bakivaxti.az

    10Mənbələr