AZ

İrəvanda etiraz aksiyalarında 88 nəfər saxlanılıb - YENİLƏNİB

İrəvanda səhər saatlarında etiraz aksiyasının 88 iştirakçısı saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, hazırda paytaxtda bağlı küçə yoxdur.

***

İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb.

"İki sahil" Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar.

İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti bağlamağa başlayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
30
ikisahil.az

10Mənbələr