AZ

"ABŞ-nin Yaponiyaya nüvə bombası atması düzgün qərar idi" - Senator

İsrailə müharibəni bitirmək üçün lazım olan bombaları vermək lazımdır. 

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Senatında Respublikaçı Lindsi Qrem "NBC News"a müsahibəsində bildirib. 

"Biz bir millət olaraq Pearl Harborda almanlar və yaponlarla döyüşdükdən sonra məhvlə üzləşəndə, Xirosima və Naqasakinin nüvə bombalanması ilə müharibəni bitirmək qərarına gəldik. Bu, düzgün qərar idi. İsrailə müharibəni bitirmək üçün lazım olan bombaları verin. Onlar uduzmağı gözə ala bilməzlər", - Qrem deyib. 

İsrailin qatı tərəfdarı olan Qrem, bir milyondan çox mülki şəxsin sığındığı Qəzzanın ən cənub şəhəri olan Rəfahda İsrail hərbi əməliyyatlara başlamasının tərəfdarıdır: "Niyə ABŞ-nin ekzistensial təhlükə müharibəsinə son qoymaq üçün Xirosima və Naqasakiyə iki nüvə bombası atması yaxşıdır? Ona görə də İsrail bir yəhudi dövləti kimi yaşamaq üçün hər şeyi etməlidir". 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
50
unikal.az

10Mənbələr