AZ

Azərbaycan I Liqasında ilk dəfə VAR sistemi tətbiq olunacaq

Futbol üzrə Azərbaycan I Liqasında XXVI turun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə VAR sistemindən istifadə olunacaq.

"Unikal" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu sistem yeni adı ilə keçirilən turnirdə ilk dəfə tətbiq ediləcək.

Mövsümün başa çatmasına 2 tur qalmış “Qaradağ-Lökbatan” 53 xalla 1-ci, “Şamaxı” isə 51 xalla 2-ci pillədə qərarlaşıb. Bu səbəbdən çempionluq yolunda böyük əhəmiyyət kəsb edən matçda VAR sisteminin tətbiqinə qərar verilib.

Qeyd edək ki, mayın 16-də keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
234
50
unikal.az

10Mənbələr