AZ

Siqaret çəkməyin əsas zərərləri nələrdir? - SİYAHI 

Təəssüf ki, dünyada ən çox yayılan zərərli vərdişlərdən biri də siqaret çəkməkdir.

Hit.az bildirir ki, siqaret çəkməyin orqanizm üçün çox ciddi zərərləri var.

Hər siqaretin içərisində 4 mindən çox kimyəvi maddə olur. Onların ən azı 81-i xərçəng riski yarada bilir. Ümumiyyətlə, siqaret çəkmək ağız, dil, udlaq, qırtlaq, tüpürcək vəzi, diş əti, yemək borusu, mədə, qaraciyər, mədəaltı vəzi, bağırsaq, anus, böyrək, sidik kisəsi, penis, uşaqlıq boynu və qan xərçəngi, xüsusilə də ağciyər xərçəngi riskini artırır. 

Bəs siqaret çəkməyin başqa hansı zərələri var? Siqaret çəkməyin əsas zərərləri açağdakılardır:

1. Səhhətinizə ziyan verir:
Siqaret çəkmək ürək xəstəliyi, ağciyər xəstəlikləri, iflic, xərçəng və bir çox digər sağlamlıq problemləri riskini artırır. Bu, həm də ağciyərdə bir çox problemin yaranmasına səbəb olur. 

2. Xərçəng riskini:
Siqaret çəkmək xərçəngə riskini də artırır. Buraya ağciyər xərçəngi, mədə xərçəngi, yemək borusu xərçəngi, mədəaltı vəzi xərçəngi, böyrək xərçəngi və s. daxil edə bilərik. 

3. Nəfəs alma problemləri:
Siqaret çəkmək həm də tənəffüs yollarının qıcıqlanmasına və tənəffüs çatışmazlığı riskini artırır. 

4. Ürək-damar xəstəlikləri:
Siqaret damarların sərtləşməsinə və daralmasına səbəb ola bilər. Bu isə infarkt, insult və digər ürək-damar xəstəliklərin riskinin artmasına səbəb olur. 

5. Asılılıq və psixi sağlamlıq problemləri:
Həmçinin, siqaretdə olan nikotin asılılıq yaradan maddədir. Bu da siqareti tərgitməyi çətinləşdirir, habelə siqaret çəkənlərdə narahatlıq və depressiya kimi psixi sağlamlıq yarada bilir. 

6. Dəri problemləri:
Siqaret dərinin qocalmasını sürətləndirə, qırışlara və dəri ləkələrinə səbəb ola bilər.

7. Ətraf mühitə zərərlər:
Siqaretin ətraf mühitə də ciddi təsirləri var. Hər yerə atılan siqaret kötüyü ətraf mühiti çirkləndirir. Qapalı məkanlarda və ya başqalarının yanında siqaret çəkmək isə digər şəxslərin də neqativ təsirlər göstərir. 

8. İqtisadi zərərlər:
Ümumiyyətlə, siqaret çəkmə vərdişi insanlar üçün əlavə xərc də deməkdir. Hər gün 1-2 qutu çəkən insanlar ay ərzində siqaretə kifayət qədər böyük məbləğdə vəsait xərcləməsinə səbəb olur. 

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
10
hit.az

10Mənbələr