AZ

Aİ-dən Gürcüstana xəbərdarlıq: “Sözügedən qanun Tbilisinin Avropa hədəflərini təhdid edir”

Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Stano bildirib ki, “Xarici təsirin şəffaflığı” qanun layihəsi Gürcüstanın Avropa ambisiyasını “təhdid edir”.

Ednews anlatilaninotesi.com-a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, xarici agentlər haqqında qanunun qəbulu Gürcüstanın Aİ-yə gedən yoluna maneə yaradacaq və onun təsdiqindən sonra konkret nəticələr müzakirə olunacaq.

Stano açıqlamasında bunları bildirib:
"Biz hadisələri çox diqqətlə izləyirik. Biz əvvəllər demişdik ki, fikrimizcə, bu qanun Gürcüstanın Avropa məqsədləri üçün təhlükədir. Biz siyasi liderlərin bunu etməməsini gözləyirik, lakin müzakirələrin davam etdiyini bilirik. Bu qanun qəbul olunarsa, Gürcüstanın Avropaya gedən yoluna ciddi əngəl törədəcək. Ancaq bu qanunun qəbulundan sonra konkret nəticələri müzakirə edəcəyik, reaksiyalar isə Aİ-yə üzv dövlətlərlə müzakirə olunacaq".

Sözügedən qanunla bağlı ABŞ və Avropadan reaksiyalar olub.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sebastyan Fişer bildirib ki, xarici agentlərlə bağlı parlamentə təqdim etməyi planlaşdırdığı qanun qəbul olunarsa, Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər .
Sözügedən qanun layihəsi ilə bağlı daha bir xəbərdarlıq ABŞ-dan gəlib. 
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan öz bəyanatında Gürcüstandakı demokratik tənəzzüldən dərin narahat olduğunu bildirib və bildirib ki, Tbilisinin xalqın Avroatlantik istəklərini dəstəkləmək variantı var.

 

Xəyal 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
ednews.net

10Mənbələr