AZ

Türkiyə kəşfiyyatı xəbərdarlıq edir: İŞİD-Xorasan Orta Asiyadan irəliləyir

İŞİD terror təşkilatının Xorasan qolu, eyni zamanda İŞİD-Xorasan da “Mərkəzi Asiya vasitəsilə yeni radikallaşma və terror dalğası yaratmağı” planlaşdırır.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Türkiyə Milli Kəşfiyyat Akademiyasının hazırladığı hesabatda deyilir.

 

Akademiyanın rəsmi saytında (mia.edu.tr) dərc olunan sənəddə qeyd olunur ki, terrorçular məqsədlərinə çatmaq üçün “Mərkəzi Asiya regionunun tarixi və siyasi şəraitindən istifadə edirlər”, burada yerli siyasi imkanlardan istifadə edirlər. 

 

“İŞİD terror təşkilatı İraq və Suriyada dominantlığını itirdikdən sonra Rusiya, Çin və İran kimi güclər arasında yerləşən Əfqanıstana üz tutub və burada yeni döyüşçülər cəlb etməyə çalışır”, – hesabat müəllifləri yazır.

 

İŞİD-in Xorasan strukturunun məqsədi bir tərəfdən Əfqanıstan-Pakistan regionunda müəyyən ərazilərə nəzarət yaratmaq, digər tərəfdən isə Mərkəzi Asiyadan, xüsusilə Tacikistan və Özbəkistandan terrorçuları öz sıralarına cəlb etməkdir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
5
oxu24.com

10Mənbələr