AZ

ABŞ və İran vasitəçilər yolu ilə danışıqlar apardı

ABŞ və İran vasitəçilər yolu ilə danışıqlar apardı



 16:16 18.05.2024     324

ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün vasitəçi yolu ilə danışıqlar aparıblar.

Demedia.az-ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən xəbər yayıb.

Onların sözlərinə görə, ABŞ tərəfinin məsləhətləşmələrində Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak ediblər. İran tərəfindən məsləhətləşmələrdə kimin iştirak etdiyi məlum deyil.

Məsləhətləşmələr regionda "İran və onun müxalif qüvvələrinin hərəkətlərinin nəticələrinə", eləcə də Tehranın ABŞ-nin nüvə proqramı ilə bağlı narahatlığının müzakirəsinə həsr olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
9
demedia.az

10Mənbələr