AZ

ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir

ABŞ dövlət katibi Antoni Blinken və Argentinanın xarici işlər naziri Diana Mondino Vaşinqtonda keçirilən görüşdə enerji, təbii ehtiyatlar və ticarət sahələrində ikitərəfli əməkdaşlığın artırılmasına yönəlmiş addımlar barədə razılığa gəliblər.

“Report”un ABŞ Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu barədə departamentin mətbuat xidmətinin rəhbəri Metyu Miller yazılı açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki ölkənin xarici siyasət liderləri ABŞ və Argentinanın daha təhlükəsiz və demokratik yarımkürə qurmaq üçün əməkdaşlığı necə artıra biləcəyini müzakirə ediblər:

“Enerji və kritik minerallar sektorlarında əməkdaşlığımızı inkişaf etdirərək, dövlət katibi A. Blinken və xarici işlər naziri M. Mondino enerji təhlükəsizliyi üzrə dialoqa sadiqliklərini bir daha təsdiqləyiblər. Tərəfdaşlığımızı daha da inkişaf etdirmək üçün tərəflər yüksək səviyyəli ikitərəfli dialoqu yeniləmək üçün çərçivə sazişi imzalayıblar. Bu çərçivə sazişi ticarət, iqtisadi artım və ekoloji sabitlik də daxil olmaqla əsas sahələrdə əməkdaşlığı inkişaf etdirəcək”, - deyə məlumatda bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
48
report.az

10Mənbələr