AZ

Rusiyanın yeni müdafiə naziri ilə bağlı ŞOK DETAL: "Ölümsüzlər Qrupu" MDB-də münaqişələri...

Rusiyanın yeni müdafiə naziri Andrey Belousov 1990-cı illərdə "Ölümsüzlər Qrupu"nun üzvü olub.

Publika.az xəbər verir ki, "Mash" "Telegram" kanalı bunu “Otaqdan çıxmadan” podkastı zamanı xatırladıb.

Bildirilir ki, qrup üzvləri çoxqütblü dünyaya doğru getməzdən əvvəl çoxqütblü dünya ideyasını müzakirə ediblər, MDB-də açıq münaqişələrdən əvvəl bu münaqişələri simulyasiya ediblər, NATO ilə açıq qarşıdurmadan əvvəl onlar Şərqə doğru genişlənmədə təhlükə görürüblər.

"Ölümsüzlər Qrupu"1991-ci il yanvarın 15-dən avqustun 28-dək bu vəzifəni tutmuş keçmiş SSRİ xarici işlər naziri Aleksandr Bessmertnıxın adını daşıyır. Qrupun üzvləri Aleksandr Bessmertnıx, Oleq Qenisaretski , Vyaçeslav Qlazıçev, Simon Kordonski, Sergey Kurqinyan , Zahirdjan Kuçkarov, Vladimir Malyavin , Vladimir Maxnaç, Qleb Pavlovski, Şamil Sultanov və Pyotr Şçedrovitski olub. Qrupun koordinatoru isə Sergey Çernışev idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
201
50
publika.az

10Mənbələr