AZ

“Qarabağ”ın penaltisini vermədi, bu sahə ilə vidalaşdı - GÖZLƏNİLMƏZ QƏRAR

AFFA Hakimlər Komitəsi gözlənilməz qərar verib.

Komitənin qərarına əsasən, Rauf Cabarov bir daha hakimlik etməyəcək.

Bu, onun cari mövsümü zəif keçirməsi, klubların çoxsaylı narazılıqları ilə əlaqədardır. O, sonuncu dəfə

Azərbaycan Premyer Liqasının 32-ci turunun “Sumqayıt” –“Qarabağ” oyununun (1:0) baş hakimi olub. 39 yaşlı referi matçın sonlarında ev sahiblərinin qapısına penalti təyin etmədiyinə görə barəsində belə qərar verilib.

SON

VAR hakimi Tural Qurbanov həmkarını epizodun təkranını izləməyə dəvət etsə də, o, yenidən qərarını qüvvədə saxlayıb.

Əldə etdiyimiz məlumata görə, Cabarov ən azı 3-4 oyunluq cəzalanıb.

Mövsümün sonuna 4 tur qalır. Bu isə o deməkdir ki, Cabarov çempionatın axırına kimi hakimlik edə bilməyəcək.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
4
sportinfo.az

10Mənbələr