AZ

BCM prokuroru Netanyahu və Qalantın həbsinə order verilməsini tələb edib

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan Məhkəməyə qədər Palatadan İsrailin baş naziri Benyamin Netanyahu və ölkənin müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini xahiş edib. Bizimyol.info xəbər verir ki, Xan bu barədə mətbuata açıqlamasında bildirib. Sənəddə qeyd edilir ki, toplanmış sübutlara əsaslanaraq, prokurorların hər ikisinin “ən azı 8 oktyabr 2023-cü ildən bəri Fələstin ərazisində (Qəzza zolağı) törədilmiş hərbi cinayətlərə və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdıqlarına” təsdiq edəcək dəlillər var. BCM həmçinin HƏMAS-ın üç liderinin həbsinə order verilməsini tələb edib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
37
bizimyol.info

10Mənbələr