AZ

Almaniyada dəmiryolçular martın 11-13-də tətil keçirmək niyyətindədirlər

Bakı. Trend:

Alman maşinistlərinin "GDL" həmkarlar ittifaqı martın 11-dən13-dəknövbəti tətil elan edib.

Trend-in məlumatına görə, bu barədə həmkarlar ittifaqınınbəyanatında bildirilib.

Məlumata görə, tətilin keçirilməsi Almaniyada dəmir yoluhərəkətini iflic etmək təhlükəsinə atır.

Qeyd edilib ki, bazar ertəsi, martın 11-i saat 18:00-da yükqatarının maşinistləri fəaliyyətini dayandıracaq. Martın 12-də saat02:00-da onlara sərnişin qatarlarını idarə edən həmkarlarıqoşulacaq. Onların etirazı martın 13-ü saat 02:00-a qədər davamedəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
az.trend.az

2Mənbələr