AZ

Peskovun müdafiəsinə qalxdığı tatar qızı – Dopinq qəbuluna görə cəzalandırılan idmançı ilə bağlı MARAQLI FAKTLAR

Lozanna İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevanı 25 dekabr 2021-ci il tarixindən etibarən antidopinq qaydalarını pozduğuna görə dörd il müddətinə diskvalifikasiya edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə fiqurlu konkisürən Kamilə Vəliyevanın diskvalifikasiyasını siyasiləşdirilmiş qərar adlandırıb.

Amma bu etirazların nəticə verəcəyi inandırıcı deyil. İdmançının indiyə qədər göstərdiyi bütün nəticələr ləğv ediləcək. O, rekordlarını və qızıl medallarını itirəcək.

KONKRET.az xəbər verir ki, hələ 2021-ci ildə onun dopinq testi müsbət olub və bunu yerli agentlik aşkar edib. Bununla belə, ona Rusiya çempionatında və Olimpiya Oyunlarında iştirak etməyə icazə verilib, bu da onun “qorunan şəxs” statusu ilə əlaqədar idi. O zaman Kamila on beş yaşına çatmışdı. Kamila dopinq qəbul etdiyini inkar etmirdi, lakin o, babasının həblərini təsadüfən qəbul etdiyini və bunun dopinq həbləri olduğundan xəbərsiz olduğunu deyirdi.

İndi idman dünyasında bütün diqqətlər Vəliyevanın üzərində cəmləşib. Dünyanın ən istedadlı fiqurlu konkisürənlərdən birinin karyerasını davam etdirib-dövlət etməyəcəyi bəlli deyil.

Onun tərcümeyi-halı ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırırıq:

Kamila Tatarıstanın Kazan şəhərindəndir, milliyətcə tatardır. O, anasının qızlıq soyadını daşıyır, atasının hərbçi olduğu və Krımda xidmət etdiyi məlum olsa da, ailə qızın əsl atası haqqında danışmağı sevmir.

Kamila konki sürməyə üç yaşından başlayıb, eyni zamanda gimnastika və baletlə də məşğul olub. Bir neçə ildən sonra onun fiqurlu konkisürmə istedadı hər kəsə aydın idi. Odur ki, ana istedadlı qızını Moskvaya aparır.

Tipik olaraq, onun səviyyəsində olan konkisürənlər ya fiziki hazırlığa, ya da sənətkarlığa diqqət yetirirlər. Vəliyeva isə buz üzərində perfomans göstərərək, ən çətin üç və dörd təkanla tullanmaları yerinə yetirir və bu bacarıqları ilə tanınır. Onun ifa etdiyi elementlərdən biri hətta qeyri-rəsmi olaraq “Vəliyevanın rotasiyası” adını alıb.

O, ən güclü rəqiblərini ciddi xal fərqi ilə məğlub edən konkisürənlənırdən biridir.

Dünyanın ən güclüsü hesab edilən Kamilanın sosial şəbəkələrdə xeyli sayda pərəstişkarı var. Tanınmış idmançı şəxsi həyatı, çıxışları və məşqi barədə pərəstişkarları məlumatlandırsa da, sevdikləri haqqında danışmamağa üstünlük verir.

Kamila tez-tez iti “Pomeranian Spitz Leva” ilə pozalar verir. Məsələ burasındadır ki, o, çoxdan özünə ev heyvanı almaq istəyirdi, lakin anası və məşqçisi buna qarşı idi. Ona bu icazə yalnız 2019-cu ildəki qələbələrindən birindən sonra verilib.

Kamila idman karyerasını bitirdikdən sonra artıq gələcəyini düşünürdü. Çünki onun rəqiblərinin əksəriyyəti də təxminən iyirmi yaşında çıxış etməyi dayandırdırmışdı. O, psixoloq, idman hakimi, uşaq məşqçisi və aktrisa peşəsi haqqında düşünürdü, lakin hələ seçiminə qərar verməmişdi. Hər halda, o, diqqətlə düşünməli olacaq, çünki onun əvvəlki səviyyəsinə qayıtmaq ehtimalı yüksək deyil.

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
215
3
konkret.az

10Mənbələr