AZ

“Bayer”in neçə futbolçusu “Qarabağ”a qarşı forma geyinməyəcək?

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşacaq “Bayer”də heç də bütün futbolçular oyuna hazır deyil.

Sportinfo.az xəbər verir ki, konkret olaraq 3 futbolçu sabahkı görüşdə baş məşqçi Xabi Alonsonun sərəncamında olmayacaq.

Braziliyalı müdafiəçi Artur qasıq nahiyəsindən zədəlidirsə, komandanın aparıcı hücumçusu Viktor Bonifeysin əzələsində problem var. Həmçinin yarımmüdafiəçi Noay Mbamba da görüşü tribunadan izləməli olacaq.

Bu gün Leverkuzendə keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 2:2 hesabı qeydə alınıb.

Seçilən
1227
Mənbələr
Şərh ()
Bağla