AZ

"Hələ heç nə qazanmamışıq, müləq Avroliqada irəliləməliyik" - "Bayer"in tanınmışı

"Qarşıda 9 oyunumuz var. Hələ heç nə qazanmamışıq. Çalışmağa davam etməliyik, hazır olmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1/8 finalında "Qarabağ"ın rəqibi olan "Bayer"in futbolçusu Qranit Caka "Kicker"ə açıqlamasında deyib.

İsveçrəli yarımmüdafiəçi "Qarabağ"la qarşıdan gələn cavab oyununa da qısa olaraq toxunub:

"Qarşıdakı həftələrin bizim üçün çox vacib olacağını bilirik. İndi hər matç final kimidir

. Xüsusilə Avropa Liqası və kubokda. Biz müləq Avropa Liqasında irəliləməliyik".

Martın 14-də keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Seçilən
1256
Mənbələr
Şərh ()
Bağla