AZ

“Ermənistan bizim müttəfiqimiz olaraq qalır” – KTMT-nin baş katibi

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqi olaraq qalır. Ona görə də KTMT Ermənistan rəhbərliyindən siyasi ayıqlıq gözləyir”.

KONKRET.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov “National Oborona” jurnalına müsahibəsində bildirib.

“Biz Ermənistan rəhbərliyindən siyasi ayıqlıq və təşkilatla bağlı müxtəlif ssenarilərin həyata keçirilməsi perspektivlərinin balanslaşdırılmış qiymətləndirilməsini gözləyirik. Vurğulamaq istərdim ki, Ermənistan bizim müttəfiqimiz olaraq qalır. Odur ki, bütün hazırkı öhdəliklər qüvvədə qalır”, – deyə baş katib bildirib.

İmanqalı Tasmaqambetov əlavə edib ki, həm özü, həm də katiblik qurumda qəbul edilmiş əsasnamə və prosedurlara uyğun işləyir.

“Təbii ki, biz analitiklərimizin və onların əllərində olan alətlərin köməyi ilə Ermənistan ətrafındakı vəziyyəti və Ermənistanla təşkilat arasında münasibətlərdəki vəziyyəti təhlil edirik”, – deyə Tasmaqambetov bildirib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Seçilən
78
39
Mənbələr
Şərh ()
Bağla