AZ

"Ermənistan son vaxtlar katibliyin işində iştirak etmir" - Baş katib

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib ki, Ermənistan son vaxtlar katibliyin işində iştirak etməyib, lakin təşkilatdan çıxmaq barədə bildiriş göndərməyib.

Herbian.az "Kommersant"a istinadən əbər verir ki, eyni zamanda KTMT-nin baş katibi yeni ölkələrin təşkilata üzv ola biləcəyini istisna etməyib.

“İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib... Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd edim ki, katibliyə İrəvandan KTMT üzvlüyünün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb. ”

O, həmçinin bildirib ki, katiblik mütəmadi olaraq İrəvandakı müvafiq strukturları qəbul edilən qərarlar barədə məlumatlandırır.

Herbiand.az 

Seçilən
28
39
Mənbələr
Şərh ()
Bağla