AZ

Nigeriyada 200-dən çox yaraqlı məhv edildi

Nigeriya hökumət qüvvələri son iki həftə ərzində keçirdiyi əməliyyatlar zamanı ölkənin müxtəlif bölgələrində 212 yaraqlını məhv edib, daha 252-ni həbs edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə brifinqdə Müdafiə Nazirliyinin informasiya şöbəsinin rəisi, general-mayor Edvard Buba bildirib.

“212 yaraqlı məhv edilib, 252-si əsir götürülüb. Əməliyyat zamanı hərbçilər 233 ədəd müxtəlif növ silah, o cümlədən 115 pulemyot aşkar edərək müsadirə ediblər" - o deyib.

Həmçinin bildirilib ki, ölkənin cənubunda hökumət qüvvələri də oğurlanmış 944 min litr xam neft və 171 min litr qeyri-qanuni istehsal olunan dizel yanacağını ələ keçirib.

Turan İSMAYIL

Seçilən
30
1
Mənbələr
Şərh ()
Bağla