AZ

İnstaqrama yeni funksiya gəlir - FOTO

Məşhur foto və video paylaşma platforması olan “Instagram” yeni funksiya üzərində işləyir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə texnologiya mütəxəssisi və tez-tez instaqram barədə bilgiləri sızdıran Alessandro Plauzzi açıqlayıb.

O, platformanın yeni bir xüsusiyyəti sınaqdan keçirdiyini bildirib.

Paluzzi qeyd edib ki, instaqram dostlarınızla paylaşdığınız “Reels” videoları əsasında qarışdırma variantı (Blend) yaradacaq və bu alqoritm əsasında “Reels” təkliflərini qarşınıza çıxaracaq.

Bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla