AZ

Azərbaycan Türkiyəyə ən çox boru qazı ixrac edən 3 ölkə siyahısına daxil olub

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycan Türkiyəyə təbii qazixracını 2023-cü ilin analoji dövründəki 881,85 milyon kubmetrləmüqayisədə 0,47 faiz azaldaraq 877,74 milyon kubmetrə endirib.

Trend bubarədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinə (EPDK)istinadən xəbər verir.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə boru qazıixracının həcminə görə ikinci yer tutub.

2024-cü ilin yanvar ayında Türkiyəyə ən böyük təbii qazixracçısı təqribən 2,682 milyard kubmetr göstərici ilə Rusiya olub.Bu göstərici 2023-cü ilin analoji dövründəki tədarüklərləmüqayisədə 29,73 faiz çoxdur.

Üçüncü yeri 871,27 milyon kubmetr göstərici ilə İran tutub. Bugöstərici 2023-cü ilin yanvar ayı ilə (287,95 milyon kubmetr)müqayisədə 3 dəfə çoxdur.

Türkiyə qeyd olunan dövrdə bütünlükdə qaz idxalını 2023-cü ilinyanvar ayındakı 6,048 milyard kubmetrlə müqayisədə 7,80 faizartıraraq təqribən 6,520 milyard kubmetrə çatdırıb. Bu həcmintəqribən 4,431 milyard kubmetrini boru kəmərləri ilə tədarüklər,2,089 milyard kubmetrini isə maye təbii qaz (MTQ) tədarükü təşkiledib.

2023-cü ilin yanvar ayı ilə müqayisədə Türkiyənin boru qazıidxalı 37,73 faiz, MTQ idxalı isə 26,22 faiz azalıb.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Seçilən
55
2
Mənbələr
Şərh ()
Bağla