AZ

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Dünyanın

Bakı, 28 mart, AZƏRTAC

"Transfermarkt" portalı dünyanın futbol üzrə ən dəyərli “onbirliy”ini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ulduz oyunçulardan ibarət heyətin ümumi qiyməti 1 milyard 245 milyon avro təşkil edib.

Dünya futbolunun iki önəmli siması – Lionel Messi ilə Kriştianu Ronaldunun adı siyahıya salınmayıb.

Qapıçı: Dioqu Koşta (“Portu”, Portuqaliya)

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”, İngiltərə), Ruben Diaş ("Mançester Siti", İngiltərə), Vilyam Saliba ("Arsenal", İngiltərə), Nunu Mendeş (PSJ, Fransa)

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real Madrid", İspaniya), Rodriqo Ernandes (“Mançester Siti”), Deklan Rays (“Arsenal”)

Hücumçular: Kilian Mbappe (PSJ), Erlinq Holann ("Mançester Siti"), Vinisius Junior ("Real Madrid").

 

Seçilən
157
38
Mənbələr
Şərh ()
Bağla