AZ

Ferstappen “Mersedes”in əsas hədəfidir

Formula 1-də çıxış edən “Mersedes” komandasının rəhbərliyi ilin sonunda müqaviləsi sona çatacaq Lyuis Həmiltonun yerinə Maks Ferstappeni gətirməkdə israrlıdır. Bu barədə “Auto Moto und Sport” məlumat yayıb.

“Son yarışda Alonsonun Rasselə qarşı etdiklərini allman komandasında bəyənməyiblər. Onun dəvət indi real görünmür. Hər bir şey Ferstappenə təklifdən xəbər verir. Bunu komanda tərəfindən edilən hər bir bəyanatda eşitmək mümkündür. İnsanlar da “Red Bull”da baş verənlərdən xəbərdardırlar.

Əgər niderlandlı sürücü ilə anlaşma əldə etmək mümkün olmazsa, ehtiyat variant kimi Kimi Antonelli var. Çox güman ki, rəhbərlik məhz onu komandaya gətirəcək”, – deyə alman nəşri bildirib.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla