AZ

Vaqif Səmədoğlunun yubileyi keçiriləcək - Həyat yoldaşından açıqlama

“Vaqif Səmədoğlu Mərkəzi olaraq Vaqif müəllimin ildönümüylə bağlı müsabiqə keçirdik. Müsabiqədə 35 yaşa qədər müəlliflər iştirak edirdi. Burda əsas məqsəd gənclərə üstünlük vermək idi. Vaqif müəllimin şeirlərini ən yaxşı qiraət edən müəlliflər yer tutdular və mükafata layiq görüldülər”.

Bunu Bakupost.az -a açıqlamasında Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova deyib. O,müxtəlif ədəbi dərgilərin də Vaqif Səmədoğluyla bağlı müsabiqələr keçirdiyini bildirib:

“Bir müddət öncə “Xəzər” jurnalından mənə müraciət etdilər və müsabiqə keçirmək istədiklərini dedilər. Ardıyca “Ulduz” jurnalı müsabiqə keçirdi. Bununla bağlı jurnalın baş redaktoru Qulu Ağsəs də zəng vurmuşdu. Vaqif müəllimlə bağlı keçirilən müsabiqələrdə kifayət qədər iştirakçı olur. Hətta uşaqlar da iştirak edirlər”.
Nüşabə xanım Vaqif Səmədoğlunun 85 illik yubileyi ilə bağlı tədbirlər keçirməyə hazırlaşdıqlarını bildirib:

“Yubileylə bağlı müəyyən tədbirlər təkcə mənim tərəfimdən deyil, ümumilikdə olmalıdır. Bununla yanaşı, Vaqif müəllimin uşaqlara həsr etdiyi “Bum-bum” poeması Türkiyədə çap edildi və Vaqif Səmədoğlu Mərkəzində kitabın təqdimatı da oldu. Məktəblilər də bu poemanı səhnələşdirdilər”.
Vasif Əlihüseyn
phrase_var_article.chosen
72
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close