AZ

Xavi jurnalisti məhkəməyə verdi

“Barselona”nın baş məşqçisi Xavi ispan mütəxəssisin kobudluğu ilə üzləşdiyini iddia edən jurnalist Manuel Jabuanı məhkəməyə verib.

Arena.az bu barədə “Sport.es” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, jurnalistlərdən biri Xavidən tənqidlərlə bağlı bir neçə kobud şəxsi ismarış aldığını bildirib. Amma məşqçinin özü jurnalistin həqiqəti söyləmədiyini iddia edərək, onu məhkəməyə verib. Əslində məhkəmə artıq gedir və birinci tələb jurnalistin ictimai təkziblə çıxış etməsidir.

O da bildirilir ki, “Barselona” jurnalistlə arıtq əlaqə saxlayıb və o, şəxsi söhbətində Xavinin ona zəng və ya məktub göndərmədiyini etiraf edib.

Vurğulanır ki, Xavi Manuel Jabuanı radioda söylədiyi yalanları geri götürməyə məcbur etmək üçün sona qədər səy göstərməyə hazırdır. Əgər jurnalist mövqeyini təkzib etməzsə, məhkəmə işini davam edərək, ədaləti bərqərar edəcək.

phrase_var_article.chosen
53
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close