AZ

Qlobal neft emalı sənayesində ciddi problem - 21 faizi bağlana bilər

Dünyanın neft emalı potensialının 1/5-dən çoxu bağlanma riski altındadır. 

Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” "Wood Mackenzie" enerji konsaltinq şirkətinin hesabatına istinadən yazıb.

Analitiklərin fikrincə, təhlil edilən 465 aktivin 21%-də belə risklər mövcuddur. Mütəxəssislər bunun səbəbini benzinin rentabelliyinin azalması və karbon qazı emissiyalarının azaldılması tədbirləri ilə izah edirlər.

Ən çox riskli obyektlər Avropada yerləşir. Söhbət bağlanmaq ərəfəsində olan müəssisələrin ümumi sayının 45%-ni təşkil edən 11 neft emalı zavodundan gedir.

Tələbatın azalması, Rusiyaya qarşı sanksiyaların yumşaldılması və gözlənilən karbon vergilərinin artması ilə benzin marjasının bu onilliyin sonuna qədər daha da kiçiləcəyi gözlənilir. "Wood Mackenzie"nin yağlar və kimyəvi maddələr üzrə baş analitiki Emma Foksun sözlərinə görə, nəticədə əməliyyat xərcləri o qədər arta bilər ki, bağlanmaq yeganə seçimdir.

Paşa Məmmədli

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla