AZ

İtaliyanın baş nazirindən Makrona SƏRT TƏPKİ: “ciddi məsələlərə ciddi reaksiya verilməlidir”

İtaliyanın baş naziri Ceorciya Meloni Fransa prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı təklifini rədd edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “Rete4” telekanalının efirində bildirib.

Meloni şəxsi söhbət zamanı Avropa qoşunlarının göndərilməsi məsələsində Makrona etiraz etdiyini bildirib. O, Fransa prezidentini Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarının tonunu seçməyə çağırıb. Siyasətçi qeyd edib ki, Avropa liderlərinin bu vəziyyətə reaksiya verməsi ilə bağlı bəyanatları getdikcə daha çox müharibəyə hazırlıq kimi qəbul edilir.

“Mən heç vaxt belə bir tondan istifadə etməmişəm. Amma, görürəm ki, ciddi məsələlərə ciddi reaksiya verilməlidir” deyə İtaliyanın baş naziri əlavə edib.

Burhan,

KONKRET.az

Seçilən
101
30
Mənbələr
Şərh ()
Bağla