AZ

"Dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfəmizi verəcəyik" - DTX rəisi

"Azərbaycan təhlükəsizlik orqanlarının peşə bayramı ərəfəsində möhtərəm Prezident, Ali Baş Ko­mandan zati-ali­lə­ri cənab İlham Əliyevin Sə­rən­ca­mı ilə əldə etdikləri nailiyyətlərə görə Xidmətimizin bir qrup əməkdaşı ali hərbi rütbələrə və yüksək döv­lət mükafat­larına layiq görülmüşdür".

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin "Respublika" qəzetində dərc olunmuş məqaləsində deyilir. 

"Eyni zamanda, dövlət başçısının tapşırığı ilə əməkdaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Fürsətdən istifadə edərək Xidmətimizə göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentə şəxsi heyəti­miz adından dərin minnətdarlığımızı bildirirəm.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ideologiyasına sadiq, möhtərəm Prezident cənab İlham Əliyevin əmr və göstərişlərinin icrasına hər an hazır olan Xidmətin hər bir əməkdaşı Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edən dövlət siyasətinin uğurla reallaşmasına bundan sonra da öz töhfələrini verəcəkdir", - deyə müsahibədə qeyd olunur. 

Seçilən
158
36
Mənbələr
Şərh ()
Bağla