AZ

Ramiz Mehdiyev sürücülük hüququndan məhrum edilir? - MƏHKƏMƏ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində inzibati iş qaldırılıb.

 

Modern.az-ın Elektron Məhkəmə Portalından əldə etdiyi məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham olunur.

 

Suraxanı rayon məhkəməsində baxılacaq işə hakim olaraq Pərviz Muradov təyin olunub.

 

Məcəllənin sözügedən maddəsinə əsasən, Ramiz Mehdiyevin nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə tətbiq edilir. 

 

Məlumata görə, iş artıq icraata götürülüb.

 

phrase_var_article.chosen
37
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close