AZ

Zəvvarların olduğu avtobus körpüdən aşdı: 45 nəfər öldü, 8 yaşlı qız sağ qaldı

Cənubi Afrika Respublikasında zəvvarların olduğu avtobus körpüdən aşıb. Avtosfer.az “SABC News”a istinadən xəbər verir ki, hadisə Limpopoda dağ aşırımında baş verib.

Məlumata görə, Botsvananın Qaborone şəhərindən Cənubi Afrikanın Moriya şəhərinə gedən və içərisində zəvvarlarların olduğu avtobus sürücünün idarəetməsindən çıxaraq körpüdən aşıb. Qəza nəticəsində 45 nəfər ölüb.

Bildirilir ki, hadisə zamanı yalnız bir sərnişin səkkiz yaşlı qız sağ qalıb və o, helikopterlə xəstəxanaya aparılıb.

 

Namiq Musayev

Seçilən
82
3
Mənbələr
Şərh ()
Bağla