AZ

Simonyan: “Müttəfiqimiz Rusiya ən kritik anda bizi aldatdı”

Simonyan:

“Bizi qorumaq vaxtı çatanda Rusiya bizi qorumadı. Sonra bir daha ümid etdik ki, bizi qoruyacaqlar, amma yenə aldatdılar. Sonda isə Ermənistanı “xilas etmək” üçün öz ərzimizdə bizi yeni müharibəyə sürükləməyə çalışdılar”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

A. Simonyan bildirib ki, heç kim nə Rusiyaya, nə də kiməsə qarşı heç nə etmir: “Bizi qorumalı olan bir dostumuz, müttəfiqimiz var idi. Bu böyük qardaş, necə deyərlər, vaxtı çatanda bizi qorumadı. Bizi tək qoydu, tək buraxdı”.

Spiker əlavə edib ki, sonra bir daha Rusiyanın Ermənistanı qoruyacağına ümid bəsləyiblər: “Amma yenə bizi aldatdılar və Ermənistanı “xilas etmək” üçün bizi Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar. Bəli, bəyan edirəm ki, müttəfiqimiz olan Rusiya ən kritik anda bizi tərk etdi və bu, faktdır”.

E. KAMAL
Seçilən
134
1
Mənbələr
Şərh ()
Bağla