AZ

"Onun kimi belə bacarığı olan başqa oyunçumuz yoxdur"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainunu tərifləyib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi, gənc futbolçunun ifasında qorxmazlıq və texniki bacarıq gördüyünü bildirib:

“Onun ifasında qorxmazlıq və texniki bacarıq gördük. Təzyiq altında olanda Kobbi ötürmə verib, çox məhdud məkanda topla oynamağı bacarır.

Onun kimi belə bacarığı olan başqa oyunçumuz yoxdur. Bu, son dərəcə maraqlıdır”.

18 yaşlı Mainu 2022-ci ildən “Mançester Yunayted”in əsas komandasında çıxış edir. Yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 21 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla