AZ

Kristofer Nolan cəngavər olacaq, xanımı isə...

"Oppenheimer" filminə görə, "Oskar" qazanan rejissor Kristofer Nolan cəngavər rütbəsi alacaq.

Publika.az xəbər verir ki, bu barədə "Sky News" telekanalı Britaniya hökumətinin sənədlərinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, Nolanın həyat yoldaşı, prodüser Emma Tomas da xanım titulunu alacaq.

Məşhurlar arasında britaniyalı aktyorlar Şon Konner , Entoni Hopkin , Benedikt Kamberbetç, Eddi Redmeyn, Hyu Lori, həmçinin aşağıdakı musiqiçilər cəngavər statusuna malikdirlər: "The Rolling Stones" qrupunun solisti Mik Caqqer, Pol Makkartni və Elton Con.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla