AZ

XİN: Onların Xəzərdə hərbi mövcudluğu regionun maraqlarına ziddir

İÜçüncü ölkələrin Xəzər dənizində hərbi mövcudluğunu təmin etmə səyləri regionun maraqlarına ziddir.

Yenisabah.az xəbər verir ki, bunu Türkmənistanın xarici işlər naziri Rəşid Meredovla danışıqlar zamanı İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian bildirib.

Bu barədə İran XİN-in Teleqram kanalında məlumat yayılıb.

Abdullahian sayca 3-cü Xəzər İqtisadi Forumunun “Xəzər beşliyi” ölkələri – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın hökumət başçıları səviyyəsində keçirilməsi təklifi ilə də çıxış edib. Bundan əvvəlki forum 2022-ci il oktyabrın 5-6-da Moskvada baş tutub.

İran diplomatiyasının rəhbəri martın 28-də Türkmənistan prezidenti Serdar Berdıməhəmmədovla danışıqlar aparıb. "Biz enerji, tranzit, nəqliyyat, elm və texnologiya sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik, ölkələr arasında ticarətin həcmi artır və biz onun gələcəkdə sürətli artımını gözləyirik".

Nazir əlavə edib ki, İran prezidenti İbrahim Rəisi gələcəkdə Aşqabada rəsmi səfər edəcək.


Telegram kanalımız
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla