AZ

İran səfirinə hiddətli müraciət: “İstefa ver!”

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Baku TV-yə müsahibəsi qalmaqal doğurub.

Yenisabah.az xəbər verir ki, səfirin "Rəsmilər" verilişinin aparıcısı Sevinc Gülməmmədovaya müsahibəsi İran mediası və sosial şəbəkələrdə etirazla qarşılanıb.

İradlar əsasən səfirlə fotolar çəkdirmiş aparıcının hicabsız görünüşü ilə bağlıdır.

Tənqidçilər İran səfirinin bu hərəkətini təhqir kimi qiymətləndiriblər.

"Cənab səfir! İranın şərəfi naminə istefa ver!" - deyə aparıcı media resurs olan "Təsnim" agentliyi Abbas Musəviyə müraciət edib.

 


Telegram kanalımız
Seçilən
36
29
Mənbələr
Şərh ()
Bağla