AZ

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

Azərbaycan

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycanın kişi və qadın idman gimnastları Türkiyənin Antalya şəhərində keçiriləcək "Challenge" seriyasına aid Dünya Kubokunda iştirak edəcəklər.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, milli komandanın məşqçiləri Eldar Səfərov və Olqa Barkalavanın rəhbərliyi altında Mənsum Səfərov, Rəsul Əhmədzadə, Murad Ağarzayev və Nazənin Teymurova qüvvəsini sınayacaq.

Beynəlxalq dərəcəli hakimlər Nihad Şirinli və Anjella Abdullayeva da yarışda ölkəmizi təmsil edəcəklər.

Bu gün start götürəcək Dünya Kubokuna martın 31-də yekun vurulacaq.

Seçilən
50
7
Mənbələr
Şərh ()
Bağla