AZ

ABŞ ordusu Nigeri tərk edəcək

ABŞ tezliklə Niger hakimiyyətinə Amerika qoşunlarının ölkədən çıxarılması planlarını təqdim edəcək.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Afrika dövlətinin Daxili İşlər Nazirliyinin rəhbəri Məhəmməd Tumba Amerika səfiri Ketlin Fitsqibbonla görüşdən sonra bildirib.

Səfir nazirə bildirib ki, Vaşinqton yeni hakimiyyət orqanlarının ABŞ-la hərbi sazişi ləğv etmək qərarını nəzərə alıb. Ketlin əlavə edib ki, Amerika qoşunlarının çıxarılmasının necə aparılması ilə bağlı ABŞ-dan tezliklə təkliflər daxil olacaq.

Martın ortalarında Niger hakimiyyəti Vaşinqtonun Niameyi 2012-ci ildə hərbi əməkdaşlıq haqqında saziş imzalamağı üzərinə qoyduğunu və onu etibarsız elan etdiyini bildirmişdi. Hazırda Nigerdə ​​minə yaxın ABŞ hərbçisi var. Onlar əsasən ölkənin mərkəzi bölgəsindəki dron bazasına nəzarət edirlər. Belə bir hərbi mövcudluğun olmasında məqsəd ekstremistlərlə mübarizədə kömək etməkdir.

Xatırladaq ki, 26 iyul 2023-cü ildə Nigerdə ​​dövlət çevrilişi baş verib və ölkə prezidenti Bazumu devrilib. General Tçiani yaxın üç ildə hakimiyyəti mülki şəxslərə ötürəcəyini vəd edən yeni lider elan edilib. Qərb və Afrika regionunun bir çox ölkəsi çevrilişi tənqid edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
67
50
Mənbələr
Şərh ()
Bağla